Ucnoqta.az
www.ucnoqta.az

Hüquqşünas İlham Aslanoğlu ilə bağlı QƏRAR

10:07 - 11 Aprel 2023 tarixində dərc olunub.

Şəki Apellyasiya Məhkəməsində hüquqşünas və ictimai fəal İlham Aslanoğlunun (Təhməzov) barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun şikayəti təmin edilməyib.

Qeyd: İ.Aslanoğlu Yevlax Rayon Məhkəməsinin hökmü ilə 6 ay müddətinə həbs edilib. O, Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə ittiham olunub. O, Yeganə Ələkbərova adlı şəxsin xüsusi ittiham qaydasında məhkəməyə müraciəti əsasənda həbs edilib.

Müəllif: Ucnoqta.az redaksiyası