Abşeronda iki avtomobil toqquşub, xəsarət alan var

09:02 - 11 Aprel 2023 - HADİSƏ

Abşeron rayonunda 46 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə Novxanı yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1977-ci il təvəllüdlü Əliyev Süleyman Sərdar oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti