Peruda avtobus uçurumdan aşıb, 10 nəfər ölüb

08:39 - 11 Aprel 2023 - HADİSƏ

Perunun qərbində avtobusun uçurumdan aşması nəticəsində azı 10 nəfər ölüb, 25 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə  “La Republica” qəzeti məlumat yayıb. Məlumata görə, qəza zamanı Huanuko şəhərindən Limaya gedən avtobusda 76 nəfər olub. Zərərçəkənlərdən 12-si aldığı xəsarətlər səbəbindən xəstəxanaya yerləşdirilib. Bildirilir ki, avtobus yük maşını ilə toqquşaraq uçurumdan aşıb. 

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Xəbər xətti