ABBA qrupunun gitaraçısı Lasse Vellander 70 yaşında vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
Vellander 1974-cü ildən İsveç kvartetinin bütün albomlarının yazılmasında iştirak edib və 1982-ci ildə dağılana qədər qrupla birlikdə olub.
Velanderin ailə üzvlərinin dediyinə görə, son vaxtlar musiqiçinin xərçəng xəstəliyinin sürətlə inkişaf etdiyi məlum olub.