Ucnoqta.az
www.ucnoqta.az

ABBA-nın gitaraçısı 70 yaşında vəfat edib

13:31 - 10 Aprel 2023 tarixində dərc olunub.

ABBA qrupunun gitaraçısı Lasse Vellander 70 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Vellander 1974-cü ildən İsveç kvartetinin bütün albomlarının yazılmasında iştirak edib və 1982-ci ildə dağılana qədər qrupla birlikdə olub. 

Velanderin ailə üzvlərinin dediyinə görə, son vaxtlar musiqiçinin xərçəng xəstəliyinin sürətlə inkişaf etdiyi məlum olub. 

Müəllif: Ucnoqta.az redaksiyası