Həbsdə olan şəxsin evindən tapança aşkarlanıb

11:00 - 10 Aprel 2023 - HADİSƏ

Bakıda həbsdə olan şəxsin evindən tapança götürülüb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, polis və Ədliyyə Nazirliyinin İstintaq Təcridxanası əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə tutulan Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Novruz Həbibovun Binə qəsəbəsində yaşadığı evə baxış zamanı oradan “TT CCT” markalı tapança aşkar olunaraq götürülüb.

Xəbər xətti