Azərbaycanda məşhur marketdə yanğın olub

10:42 - 10 Aprel 2023 - HADİSƏ

Azərbaycanda məşhur marketdə yanğın olub.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Gəncə şəhərində çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, "Bazarstore" MMC-nin ümumi sahəsi 1210 m² olan mağazasının anbarında sahəsi 6 m² olan iş otağının yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Xəbər xətti