Xaçmazda iki nəfər yanaraq ölüb.
Ucnoqta.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, rayonunun Yalama kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 2 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
09:34
Xaçmazın Xanoba kəndindəki fərdi evlərin birində yanğın olub.
Bizim.media xəbər verir ki, hadisə bu gecə saat 01:40 radələrində qeydə alınıb.
Yanğın yerinə dərhal FHN-in Xaçmaz Dövlət Yanğınsöndürmə Hissəsinin iki yanğınsöndürmə avtomobili göndərilib.
Alovun qarşısı saat 02:30-da məhdudlaşdırılaraq, saat 03:30-da tam alınıb.
Yanğın nəticəsində ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli, 5 otaqlı ev əşyaları ilə birlikdə tam yanıb. Yanmış evdən yanğınsöndürənlər ev sahibi, 60 yaşlı Aslan Balasultan oğlu Tarverdiyevin və həyat yoldaşı, 58 yaşlı Rumayə Atakişi qızı Tarverdiyevanın yanmış meyitlərini aşkar ediblər.
Yanğının başvermə səbəbləri açıqlanmır. Xaçmaz Rayon Prokurorluğunda araşdırma başlanılıb.