Bakıda sex yanıb, iki nəfər ölüb (YENİLƏNİB)

10:37 - 10 Aprel 2023 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyi Xəzər rayonunda sexdə baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, Xəzər rayonu, Binə qəsəbəsində ümumi sahəsi 240 m² olan sexin sahəsi 44 m² olan otaqlardan birinin dam örtüyünün taxta atmaları və içərisində olan əşyalar yanıb. Yanğının kəşfiyyatı zamanı 2 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

09:04

Bakıda sexdə yanğın olub.

Ucnoqta.az xəbər verir ki, saat 5 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən masa və oturacaqlanması hazırlanması sexində baş vermiş yanğın nəticəsində hazırda şəxsiyyətləri məlum olmayan 2 nəfər sexin içərisində yanaraq ölüb.

FHN tərəfindən yanğın nəzarətə götürülərək söndürülmüş, 370 kv.m sahəsi olan sexin 44 kv.m-i yanmış, geri qalan hissəsi isə yanğından mühafizə edilib.

Xəbər xətti