Tovuzda ağır yol nəqliyyat hadisəsi baş verib -  FOTO

14:50 - 9 Aprel 2023 - HADİSƏ

Tovuzda ağır yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Düz cırdaxan kəndi ərazisində qeydə alınıb.

Belə ki “Hunday” markalı avtomobil ilə “Mercedes” markalı avtomobil toqquşub. Hadisə nəticəsində “Mercedes”in sərnişini kəllə-beyin travması alıb və təcili tibbi yardım maşını ilə rayon xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ( orta-ağır) olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti