Bakıda tikilməkdə olan yaşayış kompleksində ölüm

12:47 - 8 Aprel 2023 - HADİSƏ

Bakıda yeni tikilən binada bədbəxt hadisə baş verib.

Ucnoqta.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə dünən saat 14 radələrində Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsində inşa edilən “Baku Residence” yaşayış kompleksində baş verib.

Orada usta işləyən 1972-ci il təvəllüdlü Məcnun Bayramov 20-ci mərtəbədən yıxılıb. M.Bayramov hadisə yerində vəfat edib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti