Şəkidə ər və arvad dəm qazından zəhərləndi

10:12 - 7 Aprel 2023 - HADİSƏ

Şəkidə kişi və həyat yoldaşı dəm qazından zəhərlənib.

APA-nın məlumatına görə, hadisə rayonun Şəki kəndində baş verib.

Kənd sakinləri olan 1988-ci il təvəllüdlü Zakir Vilayət oğlu Cəlolov və həyat yoldaşı 1986-cı il təvəllüdlü Rəsmiyyə Fərman qızı Cəlolova yaşadıqları ünvanda dəm qazından zəhərləniblər.

Hər iki şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Həkim müayinəsindən sonra onların vəziyyəti stabilləşib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti