“Paris Sen-Jermen”in argentinalı hücumçusu Lionel Messinin Barselonadakı evinə iki nəfər girməyə cəhd edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Antena 3 məlumat yayıb.
Məlumatına görə, hadisə aprelin 5-də Barselonadan 20 kilometr aralıda yerləşən Kasteldefels şəhərində baş verib. Gecə saat iki radələrində iki qara geyimli şəxs futbolçunun bağına daxil olsa da, evə daxil ola bilməyib. Polis gələnə qədər onlar hadisə yerini tərk ediblər.
Cinayətkarlar müşahidə kamerası tərəfindən lentə alınıb.