Ucnoqta.az
www.ucnoqta.az

İki nəfər maskalı şəxs Messinin evini qarət etmək istədi

05:43 - 7 Aprel 2023 tarixində dərc olunub.

“Paris Sen-Jermen”in argentinalı hücumçusu Lionel Messinin Barselonadakı evinə iki nəfər girməyə cəhd edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Antena 3 məlumat yayıb.

Məlumatına görə, hadisə aprelin 5-də Barselonadan 20 kilometr aralıda yerləşən Kasteldefels şəhərində baş verib. Gecə saat iki radələrində iki qara geyimli şəxs futbolçunun bağına daxil olsa da, evə daxil ola bilməyib. Polis gələnə qədər onlar hadisə yerini tərk ediblər.

Cinayətkarlar müşahidə kamerası tərəfindən lentə alınıb.

Müəllif: Ucnoqta.az redaksiyası