Şamaxı rayonunda avtomobillə motosiklet toqquşub, xəsarət alan var.
"Report"un xəbərinə görə, hadisə bu gün Şamaxı şəhəri ərazisində qeydə alınıb.
Belə ki, Zaur Abdullayevin idarə etdiyi motosiklet rayon sakini Kamil Hüseynovun idarə etdiyi “Ford” markalı avtomobilə çırpılıb. Nəticədə motosikletin sürücüsü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.