Goranboy-Tərtər avtomobil yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xan Qərvənd kəndi yaxınlığında “VAZ” markalı avtomobil aşıb. Nəticədə 1995-ci il təvəllüdlü Təbriz Fehruz oğlu Muradov, 1996-cı il təvəllüdlü Pərviz Novruz oğlu Muradov, 1987-ci il təvəllüdlü Rahib Miraləm oğlu Kərimov, 1983-cü il təvəllüdlü Elmir Rafiq oğlu Acilov və daha bir nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 3-ü ambulator yardımdan sonra evə buraxılıb.
Hadisədə yaralanan şəxslərdən 4-nün hərbçi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.