İnquşetiyada 3 polis ölüb, 7-si yaralanıb - Atışma davam edir

08:23 - 6 Aprel 2023 - HADİSƏ

İnquşetiyada silahlılarla atışma zamanı 3 polis əməkdaşı həlak olub, daha 7 polis əməkdaşı yaralanıb.

Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, FTX-nin xüsusi təyinatlı dəstələri Daxili İşlər Nazirliyi və Rusiya Qvardiyasının dəstəyi ilə yol polisi postuna hücuma görə axtarışda olanları Maloqbek rayonunun Zyazikov-Yurt kəndindəki evlərdən birində mühasirəyə alıblar.

Təsdiqlənməmiş məlumatlara görə, evin içərisində hələ də dörd silahlı var. Atışma bütün gecə davam edib.

Bildirilir ki, yüksək rütbəli rayon polis zabiti və Daxili İşlər Nazirliyinin ezam olunmuş əməkdaşları öldürülüb.

Qeyd edək ki, martın 28-də eyni cinayətkarlar Kantışevo kəndində yol polisi postuna hücum ediblər.

Xəbər xətti