Braziliyada bir kişinin uşaq bağçasına balta ilə hücumu nəticəsində 4 uşaq ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb.
Hadisə Blumenau şəhərində baş verib. Naməlum şəxs özəl uşaq bağçasının hasarını aşıb və uşaqlara hücum edib. Nəticədə 4 uşaq ölüb, 3 nəfər yaralanıb.
Hücumdan sonra naməlum şəxs polisə təslim olub.
Hadisədən sonra ştatda üç günlük matəm elan edilib.