Bakıda evdən 110 min dollar oğurlanıb

11:05 - 5 Aprel 2023 - HADİSƏ

Bakıda evdən 110.000 ABŞ dolları və 1000 avro pul, habelə 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, paytaxtda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsindəki evlərin birindən 110.000 ABŞ dolları və 1000 avro pul, habelə 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Üzeyir Bayramov və Namik Bayramov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Xəbər xətti