Binəqədidə üçmərtəbəli yaşayış binasında yanğın olub

09:34 - 5 Aprel 2023 - HADİSƏ

Binəqədi rayonunda üçmərtəbəli yaşayış binasında yanğın olub.

Ucnoqta.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, binanın 1-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 4 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti