Ana üç uşağını 9-cu mərtəbədən atıb, sonra intihar etdi

11:38 - 4 Aprel 2023 - HADİSƏ

Aprelin 3-də saat 19:20 radələrində Özbəkistanın Sergeli rayonundakı çoxmərtəbəli binalardan birində dəhşətli hadisə baş verib.

Ucnoqta.az xarici mətbuta istinadən xəbər verir ki, doqquzuncu mərtəbədəki mənzildə yaşayan 27 yaşlı qadın 4 və 5 yaşlı iki oğlan və bir yaşlı qızını yataq otağının pəncərəsinə gətirib. O, əvvəlcə oğullarını pəncərədən atıb. Sonra o, qızını qucağına alıb, onunla birlikdə aşağı atılıb. Qadın və hər üç uşaq ölüb.

Dəhşətli hadisənin səbəbləri araşdırılır.

Xəbər xətti