Metroda qadınlar arasında dava Bakıda çəkilməyib - VİDEO

11:20 - 4 Aprel 2023 - HADİSƏ

Sosial şəbəkələrdə metroda iki qadının dava etməsi ilə bağlı yayılmış görüntülər Bakıda çəkilməyib.

Ucnoqta.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, Metropolitendə Polis Şöbəsində aparılmış araşdırmalar nəticəsində məlum olub ki, görüntülər başqa ölkədə çəkilib.

10:22

Bakıda metrostansiyaların birində iki qadın arasında mübahisə dava ilə nəticələnib.


Ucnoqta.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Məlumata görə, olay metronun "Azadlıq" stansiyasında qeydə alınıb.

Qatar metroda hərəkət edərkən baş verən insident ətrafdakı şəxs tərəfindən lentə alınıb.


///baku.ws

Xəbər xətti