Babək prospektində ağır qəza - Ölən var

10:03 - 4 Aprel 2023 - HADİSƏ

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Amil İsayev idarə etdiyi “Mercedes” markalı avtomobillə Babək prospektində hərəkətdə olarkən piyadanı vurub. Ağır xəsarət alan orta yaşlı kişi hadisə yerində ölüb.

İlkin araşdırmalardan sonra ölən şəxsin Həsənov Nizami Bəşir oğlu olması məlum olub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.///qafqazinfo

Xəbər xətti