Ağcabədidə avtomobil divara çırpılıb, iki nəfər ölüb

13:26 - 3 Aprel 2023 - HADİSƏ

Ağcabədidə yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, aprelin 2-də saat 21 radələrində Ağcabədi rayonunun Minəxorlu kəndi ərazisində F.İbrahimli idarə etdiyi “VAZ-2107” markalı avtomobili divara vurub. Nəticədə avtomobildəki sərnişin Emin Məmmədov hadisə yerində, sürücü isə xəstəxanada ölüb.

Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

APA-nın əldə etdiyi xəbərə görə, hadisə zamanı həlak olan Emin Məmmədov hərbi qulluqçu olub.

Xəbər xətti