Ağdaşda iki “KamAz” toqquşub: Ölən var

11:27 - 3 Aprel 2023 - HADİSƏ

Ağdaşda, Ləki qəsəbəsindən keçən yolda gecə saatlarında “KamAz” markalı iki yük avtomobili toqquşub.

APA xəbər verir ki, ilkin məlumatlara əsasən, hadisə nəticəsində sürücülərdən biri, 1965-ci təvəllüdlü İsmayılov Elçin İsmayıl oğlu ağır bədən xəsarətləri alıb və Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vəziyyəti ağır olan sürücü xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti