Avstraliyada yüngül motorlu təyyarə qəzaya uğrayıb

09:01 - 3 Aprel 2023 - HADİSƏ

Avstraliyada yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə polis məlumat yayıb.

Məlumata görə, iki ekipaj üzvünün olduğu yüngül təyyarənin qalıqları qitənin şimal-şərqində, dağ yamaclarında meşədə aşkar edilib. 

Qəza zamanı təyyarədə pilot və hamilə arvadının olduğu bildirilir.

Xəbər xətti