Bakıda avtomobil aşıb, ölən var

09:25 - 31 Mart 2023 - HADİSƏ

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, qəza Maştağa qəsəbəsində qeydə alınıb.

2002-ci il təvəllüdlü Rəcəbov Bilal Füzuli oğlu “Toyota Prius” markalı avtomobillə sükana nəzarəti itirib və nəqliyyat vasitəsi aşıb.

Hadisə zamanı sürücü aldığı xəsarətlərdən ölüb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.

Hazırda qəzanın dəqiq səbəbləri Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Xəbər xətti