ABŞ-da beş yaşlı uşaq körpə qardaşını güllələyib

04:26 - 31 Mart 2023 - HADİSƏ

Amerikanın İndiana ştatının Lafayette şəhərində beş yaşlı uşaq 16 aylıq qardaşını odlu silahla vuraraq öldürüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Məlumata görə, İndiana ştatının şimal-qərbindəki mənzildə 16 aylıq uşaq tapança ələ keçirən beş yaşlı qardaşı tərəfindən güllələnərək öldürülüb.

Hazırda hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.

Xəbər xətti