Filippinin Basilan əyaləti yaxınlığında sərnişin gəmisində baş verən yanğın nəticəsində üçü uşaq olmaqla azı 12 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABS-CBN telekanalı məlumat yayıb.
Məlumata görə, gəminin göyərtəsində 200-ə yaxın sərnişin olub. Sərnişinlərin əksəriyyətinin xilas edildiyi, 7 nəfərin itkin düşdüyü, 14 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilir.