Ucnoqta.az
www.ucnoqta.az

Filippində sərnişin gəmisində yanğın - 12 nəfər ölüb, 14 yaralı

08:51 - 30 Mart 2023 tarixində dərc olunub.

Filippinin Basilan əyaləti yaxınlığında sərnişin gəmisində baş verən yanğın nəticəsində üçü uşaq olmaqla azı 12 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABS-CBN telekanalı məlumat yayıb.

Məlumata görə, gəminin göyərtəsində 200-ə yaxın sərnişin olub. Sərnişinlərin əksəriyyətinin xilas edildiyi, 7 nəfərin itkin düşdüyü, 14 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilir.

Müəllif: Ucnoqta.az redaksiyası