Qırğızıstanın Oş vilayətində qırxdan çox uşaq naməlum maddədən zəhərlənib, onlardan 18-i xəstəxanaya yerləşdirilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a ölkənin Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilir ki, Oş vilayətinin Kara-Suu rayonunda 43 uşaq tibbi yardım üçün müraciət edib.
Zərərçəkənlərə ilkin zəhərlənmə diaqnozu qoyulub. Həkimlər 18 uşağı xəstəxanaya yerləşdirmək qərarına gəliblər.
Zəhərlənmənin səbəbləri araşdırılır.