Ucnoqta.az
www.ucnoqta.az

Qırğızıstanda uşaqlar arasında kütləvi zəhərlənmə

08:35 - 30 Mart 2023 tarixində dərc olunub.

Qırğızıstanın Oş vilayətində qırxdan çox uşaq naməlum maddədən zəhərlənib, onlardan 18-i xəstəxanaya yerləşdirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a ölkənin Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Oş vilayətinin Kara-Suu rayonunda 43 uşaq tibbi yardım üçün müraciət edib.

Zərərçəkənlərə ilkin zəhərlənmə diaqnozu qoyulub. Həkimlər 18 uşağı xəstəxanaya yerləşdirmək qərarına gəliblər.

Zəhərlənmənin səbəbləri araşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası