Ucarda zəncirvari qəza baş verib, 2 nəfər xəsarət alıb - FOTO

11:57 - 25 Mart 2023 - HADİSƏ

Ucarda zəncirvari yol- nəqliyyat hadisəsi baş verib.

APA -nın xəbərinə görə, hadisə bu gün rayon ərazisində qeydə alınıb. "VAZ 2106", "VAZ 2107" və "KİA" markalı minik avtomobilləri toqquşub. Nəticədə, rayonun Qazıqumlaq kənd sakinləri, 1959 -cu il təvəllüdlü Həqiqət Kərim qızı Rüstəmova və 1953-cü il təvəllüdlü Zal Hacı oğlu Rüstəmov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti