Ötən gün Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən “Çinar” rəqs ansamblının 25 illik yubiley-konserti kecirilib.
Məlumat üçün bildirək ki, eyniadlı mədəniyyət mərkəzinin nəzdində yerləşən “Çinar” rəqs ansamblı 1998-ci ildən fəaliyyət göstərir.
Ucnoqta.az xəbər verir ki, ansamblın bədii rəhbəri Xeyransa Mirzoyevanin təşəbbusu ilə yaradılan və fəaliyyət göstərən ansambl bu illər ərzində təkcə Sankt-Peterbuqda deyil, Pusiyanin digər şəhərlərində, hətta Rusiya hududlarından kənarda da Azərbaycan musiqisinin və incəsənıtinin ən fəal təbligatcısı, yüzlərlə mükafatların sahibi, yarışmaların qalibi olub.
Sankt-Peterburqun boyük konsert zallarından birində kecirilən yubiley - konsertdən öncə tamaşacilar Azərbaycan milli mədəniyyətini, adət-ənələrini əks etdirən sərgi ilə da tanış olublar.
Tədbirdə müxtəlif xalqların mədəniyyət qurumlarının rəhbərləri, yerli hakimiyyət orqanlarının üzvləri, Azərbaycanın Sankt-Peterburqdakı konsulluğunun nümayəndələri iştirak edib, çıxışlarında “Çinar” ailəsinə uğurlar arzulayıblar.