Bakıda qəzaya düşən “Mercedes-Benz” ticarət mərkəzinə girdi - FOTO

11:09 - 25 Mart 2023 - HADİSƏ

Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Oxu.Az-ın məlumatına görə, Mirzağa Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində “Mercedes-Benz” markalı avtomobillər toqquşublar.

Məlumata görə, toqquşan maşınlardan biri yaxınlıqdakı ticarət mərkəzinin vitrinini dağıdıb. Yol kənarındakı dəmir məhəccərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.


Xəbər xətti