Başına 1 milyon qoyulan "Dovşan" ləqəbli cinayətkar məhv edilib

08:58 - 25 Mart 2023 - Xəbər

Venesuelada "Dovşan" (Konejo) ləqəbli cinayətkar Karlos Qomez məhv edilib

Ucnoqta.az xəbər verir ki, bu barədə Venesuela Daxili İşlər, Ədliyyə və Sülh məsələləri üzrə nazir Remicio Ceballos məlumat verib. Fevral ayında onun tutulması üçün 1 milyon dollar məbləğində mükafat elan edilmişdi. 

Qomez terror, qətl, qəsb və adam oğurluğu maddələri ilə ittiham olunurdu.

Daxili İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, cinayətkar İrapada (Sukre ştatı) tapılıb.  Əməliyyat nəticəsində 36 nəfər saxlanılıb, onlardan 16 odlu silah, 3 mindən çox patron, 9 avtomobil və 14 motosiklet götürülüb.

Xəbər xətti