Keçmiş şöbə müdiri məhkəmə qarşısında - Nədə ittiham olunur?

12:52 - 24 Mart 2023 - Cəmiyyət

Lənkəran Şəhər İcra Hakimiyyətnin memarlıq və tikinti şğbəsinin keçmiş müdiri, şəhərin baş memarı olmuş Elgün Abdullayevin məhkəməsi başlayır. 

Qaynarinfo xəbər verir ki, Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi (Rüşvət alma - külli miqdarda törədildikdə) ilə ittiham olunan keçmiş şöbə müdirinin cinayət işi üzrə 31 mart tarixinə məhkəmə hazırlıq iclası təyin edilib. 

Cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində Elxan Süleymanovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq.

Elgün Abdullayev ötən ilin oktyabrın Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Lənkəran şəhər İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılmışdı. Onunla birgə qurumun 4 əməkdaşının da saxlanıldığı bildirilirdi. 

Xəbər xətti