Yeni Zelandiya deputatlarına "TikTok" istifadə etməyi qadağan edib

07:22 - 17 Mart 2023 - Xəbər

Yeni Zelandiya Parlamenti öz deputatlarına "TikTok" proqramından rəsmi mobil telefonlarda istifadə etməyi qadağan edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə New Zealand Herald yazır.

Quraşdırılmış "TikTok" tətbiqi martın 31-dən deputatların bütün telefonlarında mövcud olmayacaq.

Millət vəkillərinə və işçilərə "TikTok"un bütün xidmət cihazlarından silinəcəyi bildirilib.

Xəbər xətti