"WhatsApp" messenceri Android istifadəçiləri üçün status kimi səs qeydlərini paylaşmaq funksiyasını təqdim edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Meta" şirkəti məlumat yayıb. "Səs statusu" funksiyası iOS üçün "WhatsApp"ın yeni 23.5.77 versiyasında tətbiq edilir. Artıq yeni funksiya daha çox istifadəçi üçün əlçatan olduğundan, "WhatsApp" onu yeni proqram yeniləməsi ilə iOS istifadəçilərinə təqdim edib.
Bu funksiya istifadəçilərə səs qeydlərini yazmağa və onları statusda kontaktlarla paylaşmağa imkan verir. Yeniləməni əldə etmək üçün App Store-a daxil olun və "WhatsApp" tətbiqini yeniləyin.