Tanınmış aparıcı "Space"dən getdi

09:30 - 16 Mart 2023 - Cəmiyyət

Tanınmış aparıcı Nübar Əbil "Space TV"dən ayrılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində paylaşım edib.

"Space TV ilə 2021-ci ildən çıxdığım 1 il yarımlıq yolda beş layihə ilə izləyici qarşısında oldum və çox gözəl geri dönüşlər aldım. Nəhayət son layihəmiz olan "Milli səsin" finalı ilə kanalla vidalaşdım. Əminəm ki, qazandığım peşəkar insanlar, tandığım yeni "simalar" gələcəkdə atacağım növbəti addımlarda çox kömək olacaq",- deyə aparıcı qeyd edib.

Xəbər xətti