Bu vəzifələr üzrə işə qəbul üçün imtahan keçiriləcək - Tarix açıqlandı

19:30 - 15 Mart 2023 - Cəmiyyət

Şəki-Zaqatala Regional Təhsil İdarəsi tabeliyindəki ümumi təhsil müəssisələrində təsərrüfat müdiri, laborant, kitabxanaçı, kargüzar, uşaq birliyi təşkilatı rəhbəri və psixoloq vəzifələrinə işə qəbul üzrə test imtahan mərhələsi keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, imtahan aprel ayının 1-də baş tutacaq.

Test imtahanı 50 sualdan ibarət olmaqla 20 ixtisas, 15 informatika və 15 məntiqi təfəkkürün yoxlanılması üzrə təqdim ediləcək.

Qeyd edək ki, müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslərin elektron ərizədəki əlaqə nömrəsinə imtahanın keçiriləcəyi ünvan barədə martın 29-na qədər sms göndəriləcək.

Xəbər xətti