Yaponiyada dünyanınən böyük turpu yetişdirilib - FOTO

13:10 - 15 Mart 2023 - MARAQLI

Yaponiya Ginnesin Rekordlar Kitabına düşən dünyanın ən böyük turpunu yetişdirib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, turpun çəkisi 45 kiloqram olub. Meyvənin yetişdirildiyi təsərrüfat fermentləşdirilmiş bitkilərdən əlavələr və gübrələr üzrə ixtisaslaşmışdır. Şirkət hər il nəhəng tərəvəz yetişdirmək üçün öz texnologiyalarından istifadə edir. Bildirilir ki, turp adətən üç aydan sonra yığılır, lakin o yarım il torpaqda qalıb.

Təsərrüfat işçiləri rekorddan məmnundurlar və gələn il onu geridə qoymağa ümid edirlər. Bundan əlavə, işçilər eyni nəticələrə necə nail olmağın sirrini açıblar. Onların fikrincə, bu biznesdə təkcə müasir texnologiyalar deyil, həm də insanın öz işini sevməsi vacibdir.

Xəbər xətti