"Ümid edirəm ki, Ermənistan sülh şansını qaçırmayacaq" - Prezident

18:59 - 14 Mart 2023 - Xəbər

"İndi isə sülhün vaxtı çatıb. Biz Ermənistana sülh təklif etmişik, 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik".

Ucnoqta.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib.

“Ümid edirəm ki, bu şansı Ermənistan qaçırmayacaq və nəhayət Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaqdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Xəbər xətti