Yaponiyalı alim Aya düşən meteoritin nadir görüntülərini çəkib - VİDEO

11:35 - 14 Mart 2023 - MARAQLI

Yapon astronomu Aya düşən meteoritin nadir görüntülərini çəkə bilib.

Ucnoqta.az “Science Alert”a istinadən xəbər verir ki, meteoritlər Ayı davamlı olaraq "bombalayır". Lakin Yerdən bunu hiss etmək demək olar ki, mümkün deyil. Kosmosdakı obyektlərin əksəriyyəti peykimizə yaxınlaşdıqda görünməyəcək qədər kiçik və qaranlıqdır.

Bununla belə, yaponiyalı astronom Daici Fujii parlaq bir parıltı - meteoritin Aya düşmə anı çəkə bilib.

Həmin görüntüləri təqdim edirik:

Xəbər xətti