Bakıda avtobusda əlbəyaxa dava - VİDEO (YENİLƏNİB)

10:09 - 14 Mart 2023 - Cəmiyyət

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə sərnişin avtobusunda baş verən dava ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib. 

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək.

09:16

Bakıda avtobusların birində iki şəxs arasında mübahisə dava ilə nəticələnib.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Görüntülərdə iki kişinin bir-biri ilə dava etməsi öz əksini tapıb.

Mübahisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Xəbər xətti