Kürdəxanıda iki "Ford" toqquşub, ölən var

09:28 - 14 Mart 2023 - HADİSƏ

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

 Kürdəxanı qəsəbəsində Rahim Kazımov idarə etdiyi "Ford" markalı avtomobillə qarşı hərəkətdə olan Aqil Rəhmanovun idarə etdiyi eyni markalı yük avtomobili ilə toqquşub.

Nəticədə Aqil Rəhmanov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.///apa

Xəbər xətti