Sülhməramlıların dəstəyi ilə Qarabağa silah daşınır – YENİ VİDEO

10:47 - 13 Mart 2023 - Xəbər

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələri şəxsi heyətinin Rusiya sülhməramlılarının müşayiəti altında hərəkət edir

Ucnoqta.az xəbər verir ki, görüntülərdə Rusiya sülhməramlı kontingentinin 2 UAZ “Patriot” markalı avtomobilinin ermənilərə məxsus və hərbi məqsədlər üçün nəzərdə tutulmuş 3 UAZ avtomobilini müşayiət etməsi qeydə alınıb. 

Hərbi texnika karvanı Xəlfəli yolu ilə Ermənistandan Xankəndi istiqamətinə hərəkət edir.
Rusiya Müdafiə Nazirliyi yaydığı bülletendə bildirib ki, sülhməramlılar Gorus-Xankəndi marşrutu üzrə humanitar yük daşıyan daha bir karvanı müşayiət ediblər. ///minval.az

Xəbər xətti