Xəbər verdiyimiz kimi, Azərbaycanın keçmiş Baş naziri Pənah Hüseynin həyat yoldaşı Əmamə xanım dünyasını dəyişib.
Ucnoqta.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, ötən gün P.Hüseynin xanımının dəfni zamanı təsirli çıxışı ətrafdakıları kövrəldib.
P.Hüseyn deyib ki, ailədə kişiləri kişi edən onların qadınlarıdır, həyat yoldaşlarıdır: “Ona görə də qadınların qədrini bilin, bunu peyğəmbərimiz də deyib”.