Sumqayıtda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.
"Hyundai Accent" və "Changan" markalı avtomobillər toqquşub. Qəza nəticəsində 1953-cü il təvəllüdlü Rəfiqə Allahverdiyeva xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır./apa