Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda iki avtomobil toqquşub, 70 yaşlı qadın xəsarət alıb

13:21 - 11 Mart 2023 tarixində dərc olunub.

Sumqayıtda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

"Hyundai Accent" və "Changan" markalı avtomobillər toqquşub. Qəza nəticəsində 1953-cü il təvəllüdlü Rəfiqə Allahverdiyeva xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır./apa

Müəllif: Ucnoqta.az redaksiyası